Bolqarıstanın birinci xanımı Şamaxıya səfər edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə gələn Bolqarıstan Respublikası Prezidentinin xanımı Desislava Radeva Şamaxıya səfər edib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, səfər zamanı qonaq Azərbaycanın ən qədim məscidində – Cümə Məscidində olub. Məscidin axundu Mərəhməd Mustafayev qonağa Azərbaycandakı multikultural mühit və dini dəyərlər barədə məlumat verib.

Sonra Desislava Radeva rayonun kənd təsərrüfatı və turizm müəssisələri ilə tanış olub. Qonağa Şamaxının tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən bəhs olunub.

Bolqarıstanın birinci xanımı Şamaxıya səfəri zamanı “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq ağac əkib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button