Boris Conson NATO-ya çağırış etdi: “Ukraynaya hərbçilər göndərməyin vaxtıdır”

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson NATO ölkələrini Ukraynaya dərhal hərbçilər göndərməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu fikrini Daily Mail üçün yazdığı məqalədə bildirib.
“‘İstəkli ölkələr koalisiyası’ adlandırılan qrupun üzvləri, yəni NATO dövlətləri Ukraynaya hərbçilərini indi göndərməlidirlər. Gəlin bunu elə indi edək”, – deyə Conson vurğulayıb.
Siyasətçinin sözlərinə görə, bu qüvvələr döyüş əməliyyatlarında iştirak etməməli, yalnız logistik dəstək və Ukrayna Silahlı Qüvvələrinin hazırlığı ilə məşğul olmalıdırlar.
Polise.az



