Boris Conson: “Putin çarəsiz vəziyyətdədir”

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya ordusunun Ukraynanın Buça və İrpen şəhərlərində mülki əhaliyə hücumlarını sərt tənqid edib.

O qeyd edib ki, Rusiyanın İrpen və Buçada dinc sakinlərə namərdcəsinə hücumları Rusiya ordusunun və onun rəhbərliyinin Ukraynada müharibə cinayətləri törətdiyinin daha bir sübutudur.

“Kremlin heç bir təkzibi və ya dezinformasiyası hamımızın bildiyi həqiqəti gizlədə bilməz: Putin çarəsiz vəziyyətdədir, onun işğalı uğursuz oldu və Ukraynanın qətiyyəti heç vaxt bu qədər güclü olmamışdı”, – Boris Conson vurğulayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button