Bosniya və Herseqovinanın xarici işlər naziri Türkiyədə səfərdədir

Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç Türkiyəyə səfər edib.

Polise.az  xəbər verir ki, səfər çərçivəsində Ankarada E.Konakoviç ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.

Sonra nazirlər mediaya birgə açıqlama veriblər. Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq sahələri və qarşılıqlı münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması da müzakirə olunub.

Nazirlər bölgədə sabitliyin bərqərar olması üçün Yaxın Şərqdə baş verən münaqişənin təcili dayandırılmasının, dünya ictimaiyyətinin, xüsusilə Avropa ölkələrinin davam edən gərginliyin aradan qaldırılması istiqamətində addımlar atmasının vacibliyini vurğulayıblar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button