Böyük Britaniya Azərbaycan torpaqlarının minalardan təmizlənməsinə kömək edəcək
Böyük Britaniya Azərbaycana torpaqlarını minalardan təmizləməyə kömək edəcək.
Polise.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hazırda Azərbaycan sakinlərinin torpaqlarına qaytarmaq üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” var: “Böyük Britaniyanın bu layihədə Azərbaycana necə dəstək verə biləcəyi barədə danışdıq. Minaların təmizlənməsi o qədər də asan bir iş deyil. Bu sahədə kömək etməyə hazırıq”.
Polise.az