Böyük Britaniya İrana yeni sanksiya tətbiq edib

Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib.

AZƏRTAC xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üç üzvünə sanksiyalar tətbiq edilib. SEPAH-Qüds qüvvələrinin yüksək rütbəli bölmə komandiri Benham Şəhriyari, İranın kosmik agentliyinin keçmiş rəhbəri və SEPAH Qüds qüvvələrinin bölmə komandiri Həmid Fazeli və SEPAH generalı Əbdülfəttah Ənvazian sanksiya tətbiq olunan şəxslər arasında yer alırlar.

Sanksiyalara əsasən onların Britaniyaya səyahət etmələrinə qadağa qoyulur və maliyyə aktivləri dondurulur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button