Böyük Britaniya Rusiya aktivləri hesabına Ukraynaya 3 milyarda yaxın kredit ayırır

Böyük Britaniya Ukraynaya 2,26 milyard funt sterlinq (2,93 milyard dollar) məbləğində kredit verəcək.

Musavat.com xəbər verir ki, məlumatı The Daily Telegraph yayıb. Bildirilir ki, kreditin qaytarılması dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlir hesabına həyata keçiriləcək.

Onun sözlərinə görə, Kiyevin əldə etdiyi vəsaitlə hansı növ silah alacağına dair məsələdə London veto hüququna malik olacaq.

Böyük Britaniya Qərbdə bloklanan Rusiya aktivlərindən əldə etdiyi mənfəətdən istifadə edərək Ukraynaya 50 milyard dollar kredit ayırmağı öhdəsinə götürən Yeddilik Qrupunun (G7) üzvlərindən biridir. G7-nin maliyyə nazirlərinin bu həftə bu vəsaitlərin iqtisadi cəhətdən inkişaf etmiş ölkələr klubunun üzvləri arasında necə bölüşdürüləcəyini açıqlamaları gözlənilir. Daha əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, ümumi məbləğdən “Avropa ölkələri 20 milyard dollar, amerikalılar daha 20 milyard dollar, G7-nin qalan üzvləri isə 10 milyard dollar ayıracaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button