Böyük Britaniya Ukraynaya ağır silahlar verəcək
Ukrayna Prezident Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya ağır silahların tədarükü məsələsini müzakirə ediblər.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Daha çox silah. Prezident Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya yeni hərbi yardımı müzakirə ediblər. Bu, bizə ağır silahların verilməsini əhatə edəcək”, – Andrey Yermak vurğulayıb.