Böyük Britaniyada etirazçılar miqrantların qaldığı daha bir otelə hücum edib – YENİLƏNİB

Böyük Britaniyada etirazçılar miqrantların hücumlardan sığındığı “Holiday Inn” şəbəkəsinin daha bir otelinə hücum ediblər.

“Polise.az” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Staffordşir polisindən bildirilib ki, bir qrup şəxs Temvort şəhərindəki otelin pəncərələrini sındıraraq orada yanğın törətməyə cəhd edib və asayiş keşikçilərinə hücum ediblər, nəticədə onlardan biri xəsarət alıb.

Bundan əvvəl iğtişaşçılar Roterhem şəhərində miqrantların qaldığı “Holiday Inn”ə hücum ediblər. Onlar binanı yandırmağa cəhd göstərib, pəncərələri sındırıblar. Polis nümayişçiləri oteldən uzaqlaşdırmağa müvəffəq olub. İğtişaşlar zamanı ən azı 10 zabit yaralanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button