“Böyük dələduzlar dəstəsi əmələ gəlib” – Sabiq nazir + VİDEO

“Bu qədər subsidiya verilir, bəs hanı taxıl”?

“Bu qədər taxıla subsidiya verilir. Hanı taxıl?”.

“AzPolitika” xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov“PrimeTV”-nin efirində deyib.

Sabiq nazir iddia edib ki, Kənd Təsərrüfatı Nazirliyinin elektron qaydada ayırdığı subsidiyalar bir qrup dələduzların əli ilə mənimsənilir.

O hesab edir ki, dövlətin ayırdığı bu vəsaitlər bəzən quru torpaqlara rəsmiləşdirilərək silinir: “Məlumatım var ki, bu subsidiyaları quru torpaqlara yazıb silirlər. Əsasən də böyük torpaq sahələrinə verdirilir”.

Nazir iddia edib ki, bu işlə məşğul olan “böyük dələduzlar dəstəsi əmələ gəlib”.

Bütün bunlar da sonda ölkənin taxıl ehtiyatlarının böyük hissəsinin daxili istehsalla deyil, xaricdən idxalla təmin edilməsinə gətirib çıxarır.

ScreenRecording_09-21-2026 18-09-36_1

C.Məmmədli

“AzPolitika.info”   

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button