Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar

İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun əks-hücumu Ermənistan ordusunda böyük itkilərlə nəticələnib. Bu səbəbdən onlarda kəskin əsgər qıtlığı yaşanır.

Ermənistan ordusu bu boşluğu doldurmaq üçün çıxış yolunu muzdlularda görür. Belə ki, Rusiyadakı ermənilərin VOMA ictimai təşkilatı muzdluları cəlb etmək üçün xüsusi kampaniya təşkil edib.

Bununla bağlı elanda bildirilir ki, sürətli hərbi hazırlıq kurslarından keçdikdən sonra onlar Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altında təyin olunmuş ərazilərdə döyüş əməliyyatlarına çıxarılacaq.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanda kəskin hərbçi qıtlığı səbəbindən bundan əvvəl 55 yaşa qədər insanlar səfərbərliyə çağırılmışdı, sonradan isə qadınlar da hərbi xidmətə cəlb edildi.

Son bir neçə gündə isə onların artilleriya atışı zamanı yeniyetmələrdən istifadə etdiyi, həmçinin, azyaşlı qızlara silah təlimi keçdiyi barədə görüntülər yayıldı.

Qeyd edək ki, son iki hal uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozur.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button