Braziliya rəsmisi: “Azərbaycanın COP29-la bağlı fəaliyyətini dəstəkləyirik”

Braziliya Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fəaliyyətini dəstəkləyir.

Polise.az  xəbər verir ki, bunu Braziliyanın Federal Hesablamalar naziri Jorje Oliveyra Bakıda Hesablama Palatasının ev sahibliyi ilə keçirilən Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

“Geosiyasi proseslər qlobal səviyyədə dövlət borcunun idarə edilməsini çətinləşdirir. İnfrastruktur xərclərinin idarə edilməsi, fiskal idarəetmə, fiskal dayanıqlılığın təmin edilməsi zəruridir. Braziliya bu baxımdan dayanıqlı inkişafın təmin edilməsində, üzv dövlətlərə dövlət borcunun idarə olunmasında dəstək göstərə bilər”, – deyə o qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button