Braziliyada körpünün uçması nəticəsində ölənlərin sayı 12-ə çatıb
Braziliyada çay üzərindəki körpünün uçması nəticəsində ölənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Agencia Brasil” məlumat yayıb. Bildirilib ki, Maranhao və Tokantins əyalətlərini birləşdirən Juselino Kubitçek de Oliveyra körpüsünün uçması nəticəsində 12 nəfər ölüb. Dekabrın 22-də baş verən hadisədə beş nəfərin axtarışı davam edirdi. Səlahiyyətlilər körpünün uçması zamanı 4 yük maşını, 2 minik avtomobili və 2 motosikletin çaya düşdüyünü açıqlamışdı.
Polise.az