Briqada komandiri məhv edildi, bu ərazilər azad olundu – Rusiyanın yüksək rütbəli zabitləri və 100-lərlə əsgəri öldürüldü
Rusiya Silahlı Qüvvələri motoatıcı taborunun komandiri Sergey Panov Ukraynada döyüşlərdə həlak olub. Bu barədə Ukyrana Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi feysbuk səhifəsində bildirilib.
Məlumata görə, Sergey Panov 1989-cu ildə anadan Rusiyanın Orenburq şəhərində anadan olub.
Bildirilib ki, keçmiş SSRİ Əfqanstanda 10 ildə 5 general itirib. Rusiya Silahlı Qüvvələri isə 34 gündə 7 general itkisi ilə üzləşib.
Qeyd edək ki, martın 29-a olan məlumata görə, Rusiya Ukraynadakı hərb əməliyyatlarda 17 min 200 hərbçisini itirib.
Bundan əlavə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir ki, Rusiya işğalçıları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində hücumun şiddətini artırıblar. Məlumata əsasən Rusiya ordusu ilə döyüşlər İzyum yaxınlığındakı Kamyanka, Suxaya Kamyanka və Tixotskoe yaşayış məntəqələri rayonunda gedir.
Düşmən 1-ci tank ordusunun tərkibindən ayrı-ayrı bölmələri döyüşə yeritməklə hücumun gücünü artırıb.
“Məhz Xarkov ətrafında gedən döyüşlər zamanı düşmənin 200-cü motoatıcı briqadası iki batalyon-taktiki qruplaşması və şəxsən briqada komandiri, polkovnik Denis Kurilonu itirib. Təkcə 200-cü briqadanın itkiləri 1500-dən çoxdur”,–Baş qərargah bildirir.

***
Ukraynanın Luqansk vilayət administrasiyasının (vilayətin bir hissəsi Rusiyanın işğalı altındadır, orada qondarma “xalq respublikası” yaradılıb, – red.) rəhbəri Sergey Qayday bildirib ki, Rusiya ordusu cəbhəni yarmaq, vilayətin inzibati sərhədlərinə çıxmaq üçün əlavə qüvvələr toplayır. Ukrayna televiziyalarında təşkil olunan informasiya telemarafonunda çıxış edən Qayday deyib ki, hazırda intensiv döyüşlər gedir.
“Bizdə daim atışmadır, Luqansk vilayətinin Ukraynanın nəzarətində olan əraziləri atəş altındadır. Düşmən bütün şəhərləri atəşə tutur və Rubejnıy, Popasnıy istiqamətlərindən cəbhəni yarmağa çalışır. Lisiçansk, Severodonetsk, Popasnaya, Kremennaya yaşayış məntəqələri də daxil olmaqla bütün yaşayış məntəqələri atəşə məruz qalır”, – vilayət rəhbəri bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu əlavə qüvvələr cəmləşdirir, Rubejnıy istiqamətində onlar şəhərin ətrafına qədər irəliləyə biliblər
“Amma düşünürəm ki, bizim döyüşçülərimiz onları tezliklə oradan vurub çıxaracaqlar, çünki cinahlardan artıq sıxışdırmağa başlayıblar”, – Qayday deyib.
Vilayət rəhbəri bildirib ki, hər hücumdan sonra ruslar onlarla əsgər itirirlər, texnikanı döyüş meydanında atıb qaçırlar. Ona görə də onlar bütün gücü artilleriya və aviasiya zərbələrinə yönəldiblər, yaşayış məntəqələrində bütün binaları dağıtmağa çalışırlar.

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov isə marafonda məlumat verib ki, İzyum şəhəri üzərində bu gün səhər saatlarında rusların Su-34 qırıcı-bombardmançısını və pilotsuz təyyarəsini vurublar. “İzyumda bizim silahlı qüvvələrimiz öz mövqelərini qoruyub saxlayırlar, düşmənin qüvvələrini məhv edirlər”, – o deyib. Onun sözlərinə görə, bu istiqamətdə düşmən böyük itkilər verir və İzyumdan yan ötərək Luqansk, Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa çalışır.
“Lakin bu istiqamətdə indiyədək heç bir əməliyyat uğurla başa çatmayıb”, – Sinequbov deyib.

Ukrayna Silahlı Qüvvələrinin 92-ci briqadasının hərbçiləri “Stuqna” tank əleyhinə raket kompleksi ilə Rusiya ordusunun “T-72” tankı vurulub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Xarkovda vurulan tankdan xilas olmağa çalışan rus tankçı yanan halda ərazidən uzaqlaşmağa çalışıb. Xarkovda vurulan tankdan xilas olmağa çalışan rus tankçı yanan halda ərazidən uzaqlaşmağa çalışıb.
Ukrayna ordusunun bölmələri Çerniqov vilayətində Desna çayı üzərindən panton-körpü salmaq istəyən Rusiya işğalçı qüvvələrinə dəqiq atəş zərbəsi endirib. Ukraynalı hərbi jurnalist Roman Simbalyuk bu haqda sosial şəbəkə hesabında bildirir.
Onun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində işğalçı qoşunlar ciddi itki veriblər. Belə ki, mühəndis qoşunlarının 14330 nömrəli hərbi hissəsinin (dislokasiya yeri-Tümen vilayəti, İşim şəhəri) böyük sayda əsgər və zabiti məhv edilib.
Onların arasında 40-cı mühəndis-istehkam polkunun qərargah rəisi, podpolkovnik Aleksandr Kornik də var. Jurnalist cəmi 26 rusiyalı hərbçinin öldürüldüyünü və yaralandığını bildirir. Öldürülən əsgərlərin 6-nın meyiti atəş zərbəsinin təsiri ilə çaya düşüb və onları su aparıb. Meyitləri sudan çıxarmaq mümkün olmayıb.

Sumı istiqamətində müdafiəni həyata keçirən Ukrayna Silahlı Qüvvələrinin 93-cü “Xolodnıy Yar” briqadasına rusların palçıqda batmış üç tankı verilib. Qeyd olunur ki, tanklar tam yararlı vəziyyətdədir. Bu barədə Telegram-da ukraynalı könüllü Roman Donik məlumat yayıb.
Sosial şəbəkələrdə Ukrayna ordusunun bir gün əvvəl azad etdiyi İrpen şəhərinin hazırdakı vəziyyətini əks etdirən görüntülər yayılıb.
Rusiya Ordusu Ukraynanın Nikolayev şəhərinə raket hücumu həyata keçirib. Nəticədə regional dövlət administrasiyasının doqquzmərtəbəli binası qismən dağılıb.
Şəhər meri Vitali Kim dağılan yerlər arasında onun kabinetinin olduğunu da bildirib. Özü həmin vaxt ofisində olmayıb.
Dağıntılar altında insanların qaldığı bildirilir. Son məlumatlara görə, artıq yeddi nəfərin meyiti çıxarılıb, 20-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. 100-dən artıq insan isə binadan təxliyə edilib.
***
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 34-cü gününə olan vəziyyətə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış məntəqələrini işğaldan azad edir. Lakin ən ağır döyüşlər şərq cəbhəsində – Donbassda getməkdədir və belə görünür ki, Rusiya əsas qüvvələri bu istiqamətə səfərbər edərək Ukraynanın cənub-şərq ərazilərini işğal etməyə hazırlaşır.

Ötən gün martın 28-də gedən döyüşlərdə Rusiya ordusunun canlı qüvvə və texnika sarıdan ciddi itkilər verdiyi açıqlanıb. Krivoy Roq vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, Ukrayna qüvvələri düşməni vilayətin hüdudlarından 40-60 kilometr geri atıb. Və təmas xəttini Xerson vilayətinin inzibati ərazisinə keçirib. Onun sözlərinə görə, döyüşlər zamanı ukraynalı döyüşçülər düşmənin bir neçə hərbi texnikasını qənimət götürüblər.

Virtualaz.org xəbər verir ki, Donetsk və Luqansk vilayətlərində döyüşən Ukrayna Birləşmiş qüvvələri isə gün ərzində Rusiya ordusunun bir neçə hücum cəhdinin qarşısını alıblar. Döyüşlər zamanı rusların 12 tankı, 10 piyada döyüş maşını və üç vahid avtomobil texnikası məhv edilib. Canlı qüvvə sarıdan da çoxsaylı itkilər olub.
Çerniqov vilayətində Rusiya işğalçı qüvvələri azı 22 nəfər itiriblər. Ukrayna ordusunun “Şimal” əməliyyat komandanlığı bildirir ki, döyüşlər zamanı 2 “Tiqr” zirehli avtomobili, “Ural” yük maşını və T-72 tankı məhv edilib. Düşmənin 8 vahid texnikası zədələnib və içərisi ərzaq payı ilə dolu “Ural” qənimət götürülüb.

“Şərq” əməliyyat komandanlığı isə bildirir ki, martın 28-də Ukrayna ordusunun zərbəsi nəticəsində Rusiyanın 58-ci ümumqoşun ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı polkunun komandiri, polkovnik Loxov və polkun qərargah rəisi məhv edilib. Məhv edilən zabitlərin şevronlarının fotoları da komandanlığın Facebook səhifəsində yerləşdirilib.
Bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.
“Bu gün gedən döyüşlər zamanı ukraynalı döyüşçülər rusiyalı hərbi canilərin növbəti partiyasının şeytanla görüşünü təşkil etdilər”,-komandanlıq bildirir.
Qeyd edək ki, Rusiya Ukrayanaya hərbi müdaxilə etdikdən sonra itirdiyi hərbçilərinin sayı 17 mini ötüb. Ötən gün yalnız Donbassda Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin yeddi hücumunu dəf edib. Gün ərzində ukraynalı hərbçilər 12 tank, 10 piyada döyüş maşını və üç texnikanı məhv ediblər.

Belə görünür ki, Kiyev istiqamətində irəliləməyin çətin olduğunu görən Rusiya ordusu indi əsas səylərini Ukraynanın cənub-şərqinə yönəldir. Bu istiqamətdə verdiyi ağır itkilərdən sonra ruslar yeni qüvvələr cəmləşdirməyə çalışır, döyüşlərdə ağır itkilər verən birləşmələrin qalıqları yenidən komplektləşdirilmək üçün Rusiya ərazisinə qaytarılır.
Eyni zamanda “Kadırovçular”ın ardınca “Vaqner” muzdlularının da Donbassa cəmləşdirildiyi məlum olub. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya Ukraynanın şərqinə 1000-dən çox “vaqnerçi” yeridib.
“Ağır itkilərə və hücum əməliyyatlarının ciddi şəkildə axsamasına görə Rusiya belə görünür ki, Afrika və Suriyadakı “vaqnerçiləri” Ukraynaya yeritməyi qərara alıb”,-məlumatda deyilir.
Pentaqon isə bildirir ki, Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində irəliləməyə cəhd edir, məqsəd Ukrayna qoşunlarının şərq qruplaşmasını mühasirəyə salmaqdır. Pentaqonun analizinə əsasən görünür Rusiya ənənəvi taktikasını işə salaraq Donbassdakı Ukrayna qoşunlarını mühasirəyə salmağa, bununla da Kiyevlə danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin Rusiya qoşunları şərq istiqamətində hələlik əhəmiyyətli irəliləyişə nail ola bilməyib.
***
Bazar ertəsi, martın 28-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi məhv edib.
Bu barədə isə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadən xəbər verir.
“Hərbi-Hava Qüvvələrinin aviasiyası müxtəlif istiqamətlərdə Rusiya ordusunun zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirməkdə davam edir” – məlumatda deyilir.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı da məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 200 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1 178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 71 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.



