Britaniya geri çəkilməyəcək – Yeni baş nazir də Ukraynanı dəstəklədi

Böyük Britaniyanın yeni hökuməti Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə davam edəcək.

“AzPolitika” xəbər verir ki, “The Guardian”ın yazdığına görə, bunu yeni Baş nazir Keir Starmer deyib.

Nazirlər Kabineti başçısının sözlərinə görə, o, bu barədə artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefonla məlumat verib və iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə NATO müttəfiqləri ilə birlikdə öz mövqeyini təsdiqləyəcək.

Starmer daha əvvəl demişdi ki, seçkidə qalib gəlsə, mühafizəkarların Ukraynaya hərbi yardım üçün ildə ən azı 3 milyard funt-sterlinq (3,8 milyard dollar) xərcləmək vədini yerinə yetirəcək. Nazirlər Kabinetinin başçısı həmçinin, Böyük Britaniyanın hərbi xərclərini ÜDM-in 2,5%-nə çatdırmaq niyyətində olduğunu açıqlayıb.

Volodimir Zelenski Britaniyanın yeni Baş naziri ilə telefonla danışdığını təsdiqləyib. “Mən Keir Starmerə Böyük Britaniyanın Ukraynaya dəstəyinin prinsipcə dəyişməz qalacağına dair verdiyi zəmanətə görə minnətdaram”. Zelenski əlavə edib ki, Kiyev və London 100 il müddətinə “misli görünməmiş” əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button