Britaniya səfiri Gürcüstan XİN-ə çağırılıb

Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, səfir XİN-dəki görüşdən əvvəl KİV-ə şərh verməkdən imtina edib.

“Gürcüstan Xarici İşlər Nazirliyində Britaniyanın ölkəmizdəki səfiri Qaret Uordla görüş keçirilir. Səfirin XİN-ə çağırılması Britaniyanın sanksiyalar tətbiq etməsi ilə bağlıdır”, – “Birinci kanal” məlumat verib.

Qeyd edək ki, ötən gün Britaniya Gürcüstanın DİN rəhbəri Vaxtanq Qomelauri də daxil olmaqla bəzi yüksək vəzifəli məmurlara qarşı sanksiyalar tətbiq edib.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button