Britaniya xüsusi xidmət orqanları Azərbaycandan olan ər-arvadı çirkli pulların yuyulmasında ittiham edir

İngiltərənin “Evening Standard” qəzeti Azərbaycandan olan ər-arvadın pul yuyulması ilə bağlı materiallara məhkəmə üzərindən çıxış əldə edib.

Söhbət Böyük Britaniyaya çoxsaylı ofşor şirkətləri vasitəsilə köçürülmüş 17 milyon dollardan gedir.

Bildirilir ki, sütlüyün bank hesablarının dondurulması barədə order hələ 2017-ci ildə Maliyyə Cinayətləri Qanunu əsasında verilib.

Düzdür, qəzet bu materiallara çıxış əldə edib. Ancaq o bunun yalnız “qismən qələbə” olduğunu düşünür.

Hakim Emma Arbuthnot qəzetin çirkli pulların yuyulması ilə bağlı mühüm material hazırladığını və buna görə də ona məxfi materiallara giriş verildiyini söyləyib. Eyni zamanda, sənədlərin Cinayətkarlıqla Mübarizə Milli Agentliyi tərəfindən məhkəməyə təqdim edildiyini də qeyd edib.

Onun sözlərinə görə, söhbət cütlüyün bank hesablarında olan və hüquq-mühafizə orqanlarının “beynəlxalq korrupsiyadan əldə edildiyini və… bir çox məhdud məsuliyyətli şirkətlər, o cümlədən Belizdə, Marşal Adalarında və Seyşel Adalarında yuyulduğunu iddia etdiyi pul vəsaitlərindən gedir.

Lakin hakim ər-arvadın adlarının ən azından sonrakı məhkəmə iclasına qədər gizli saxlanılması barədə göstəriş verib.

Bu səbəbdən, iş materiallarında ər-arvadın adları X və Y kimi göstərilir.

Dinləmələrdə ər-arvadın maraqlarını Londonun ən yaxşı vəkillərindən biri Ceyms Lyuisi təmsil edir, hansı ki, daha əvvəl Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevə və onun arvadı Zamirə Hacıyevayaya qarşı işi aparırdı. Məhz onun cəhdləri sayəsində, Zamirə Hacıyeva Azərbaycana ekstradisiyadan qaçmağı bacardı. Yeri gəlmişkən, Ceyms Lyuis ekstradisiya məsələsində məşhur Culian Assanjın maraqlarını da müdafiə edib.

Məhkəmə çıxışı zamanı Ceyms Lyuis bildirib ki, həmin qəzetə iş materiallarına çıxış imkanı verilməməlidir, çünki orada cütlüyün korrupsiya və çirkli pulların yuyulmasında iştirak etməsi ilə bağlı sübut edilməmiş iddialar yer alıb. Buna baxmayaraq, hakim Arbutnot buna etiraz edib və qəzetin çirkli pulların yuyulması ilə bağlı araşdırma apardığını və onun bu materiallara ehtiyac duyduğunu bildirib. Nəticədə ortaq bir razılaşmaya gəlinib və qəzet işin redaktə edilmiş bir variantını əldə edib.

Cütlüyün kimliyinə gəlincə, hakim məhkəmənin erkən mərhələsində bu məsələnin məxfi qalmasını tələb edib. Bununla belə, “X-nin Azərbaycandakı yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu” təsdiqləyib.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button