Britaniyada təyyarələr bitki yağı ilə uçacaq

Britaniya təkrar emal edilmiş bitki yağı və digər tullantılardan hazırlanmış davamlı təyyarə yanacağı ilə dünyanın aparıcı təchizatçısına çevrilə bilər.

Bu addım Rusiyanın enerji daşıyıcılarından asılılığın azaldılması planları fonunda nəzərdən keçirilir. Belə ki, Britaniya təyyarələrinin əksəriyyəti hazırda Rusiya yanacağı ilə uçur.

Böyük Britaniya Qlobal Komissiyası bəyan edib ki, ölkə bu cür yanacağı satmaqla ildə 17 milyard funt sterlinq qazana bilər.

Bundan əlavə, istehsal 128 min nəfəri yüksək maaşlı işlə təmin edəcək və iqtisadiyyatı gücləndirəcək.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button