Britaniyanın Silahlı Qüvvələr naziri Şəhidlər xiyabanını ziyarət edib
Böyük Britaniyanın Azərbaycanda səfərdə olan Silahlı Qüvvələr naziri Ceyms Heppi Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp sosial media hesabında yazıb.
Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.