Bu ərazi də nəzarətə götürüldü – Rusiya ordusu irəliləyir
Rusiya ordusu Şevçenko kəndini ukraynalı hərbçilərdən təmizləməyə başlayıb.
Polise.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov “RİA Novosti”-yə danışıb.
Onun sözlərinə görə, hazırda kəndin şimalında şiddətli döyüşlər gedir. Daçnı və Yantarnı bölgələrində də vəziyyətin gərgin olduğu bildirilib. Roqov rus ordusunun aktiv şəkildə hücumları davam etdirdiyini vurğulayıb.