Bu ərazidəki erməni əhali köçürüləcək – Erməni mediası
Zəngəzur dəhlizi ilə bağlı “Hraparak” qəzeti maraqlı proqnoz irəli sürüb.
Qəzet proqnozunu bu cür sıralayıb:
– Tezliklə Sünik (Zəngəzur) ikitərəfli dəmir yolu və magistral yolların inşası üçün nəhəng tikinti sahəsinə çevriləcək;
– Azərbaycan və Türkiyə qoşunları genişmiqyaslı inşaat işlərində iştirak edən minlərlə azərbaycanlı və türk işçinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla Naxçıvan arasında “müvəqqəti” olaraq yerləşdiriləcək;
– İnşaat işləri bir il ərzində başa çatacaq, daha sonra “müvəqqəti” gələn qoşunların qalması üçün ərazidə hərbi bazalar quracaqlar;
– Bölgədəki erməni əhali də təhlükəsizlik səbəblərinə görə boşaldılacaq.



