Bu dövlətlərin ərazisi azalacaq: bəziləri yox olacaq – Dünya xəritəsi dəyişir

Dünyada su böhranı getdikcə dərinləşir. Belə ki, İngiltərədə su anbarlarının sürətlə boşalması səbəbindən artıq həyəcan təbili çalınır. Bir qədər əvvəl Xəzər dənizinin də müəyyən hissələrdə 2 kilometr geri çəkilməsi xəbəri regionumuzda da vəziyyətin riskli həddə olduğunu göstərir.

Proses bizi hara aparır? Susuz dünyada hansı rejimdə yaşayacağıq?

Globalinfo.az-a danışan coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov bildirib ki, iqlim dəyişiklikləri fonunda dünya ölkələrində su ehtiyatlarının azalması, su ilə bağlı təbii fəlakətlərin artması və ekstremal vəziyyətlərin yaranması artıq gözlənilən haldır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə təhlükəli hadisələr daha çox müşahidə olunur:

“Məsələn, Hind okeanında yerləşən ada dövlətləri üçün okean səviyyəsinin qalxması ciddi təhdid yaradır. Gələcək onilliklərdə okean səviyyəsinin yüksəlməsi bu ölkələrin ərazilərinin azalmasına və bəzi ölkələrin tamamilə su altında qalaraq yox olmasına səbəb ola bilər. Bu isə böyük miqrasiya dalğaları, su ilə bağlı digər ekstremal hadisələr və daxili su hövzələrinin qurumasına gətirib çıxaracaq”.

Mütəxəssis əlavə edib ki, dünyanın müxtəlif regionlarında daxili göllər sürətlə quruyur

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button