Bu gecə ABŞ Venesuelaya müharibə elan edəcək

ABŞ bu gecə Venesuelaya qarşı müharibə elan edəcək.
Musavat.com xəbər verir ki, məlumatı məşhur jurnalist Taker Karlson Konqres üzvünə istinadən yayıb.
Onun sözlərinə görə, qanunvericilər dünən Venesuela ilə qaçılmaz müharibə barədə məlumat alıblar və Karlsonun sözlərinə görə, bu, bu gecə prezident Donald Trampın xalqa müraciəti zamanı elan ediləcək.
Qeyd edək ki, Trampın Oval Ofisdən dünəndən anons edilən müraciəti Bakı vaxtı ilə səhər saat 06:00-a planlaşdırılıb.
Polise.az



