Bu gün 52 qadın azadlığa çıxır, onlardan biri tanınmış müğənnidir – YENİLƏNDİ/FOTOLAR

Azərbaycanda insan hüquq və azadlıqları əsas prioritelərdəndəir.
Teleqraf-ın xəbərinə görə, bu sözləri Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində aminstiya aktının icrası zamanı Səbinə Əliyeva deyib.
“Əfv və amnistiya Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət İlham Əliyev tərəfindən uğurla icra olunir. Bu, sayca 13-cü və əhatə dairəsinə görə ən böyük amnistiya aktıdır. Bu təşəbbüsə görə Prezidentə təşəkkür edirik. Bu, cəmiyyətdə tərbiyəvi əhəmiyyət kəsb edir. Prosesin uğurla icrasında əməyi keçən hər kəsə təşəkkür edirəm”, – Səbinə Əliyeva bildirib.
Daha sonra çıxış edən Millət vəkili Zahid Oruc bildirib: “Təəssüf ki, həyatda səhvlər və cinayətlər olur. Ulu öndər Heydər Əliyev əfv institunu formalaşdırdı. Bu amnistiya böyük hadisədir. Qələbəmizdən sizə pay düşür. Bu gün azadıığa çıxan hər kəsə Azərbaycan üçün, ailəsi və yaxınlarından ötrü dəyərli olmağı arzu edirəm”.
Bundan sonra tədbirdə hüquq müdafiəçiləri və prokurorluğun nümayəndəsi çıxış ediblər.
Daha sonra bu gün azadlığa çıxan 22 qadın məhkuma sənəd təqdim olunub.
Qeyd edək ki, aminstiya aktının icrası zamanı 52 qadın azadlığa çıxacaq. Onlardan biri əcnəbidir.
Azadlığa çıxan qadın məhkumlar arasında müğənni Dəniz Əsədova da var.
***
10:51
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktı icra olunur.
Teleqraf xəbər verir ki, müəssisədə 22 qadın məhkum cəzasının çəkilməmiş hissəsindən bu gün azad edilir.
Həmin qadınlardan ikisinin azyaşlı övladı var, onlar övladları ilə birlikdə azadlığa çıxacaq.
Tədbirdə Penetensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatı Zahid Oruc və hüquq müdafiəçiləri iştirak edirlər.
Qeyd edək ki, amnistiya aktı ilkin mərhələdə bu müəssisədə ümumilikdə 52 qadına şamil olunacaq.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



.jpg)
.jpg)



.jpg)





