Bu gün Putin-Paşinyan görüşü baş tutacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Daha əvvəl Kremlin Mətbuat xidməti görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasına baxılacağını bildirmişdi.

Bundan əlavə, görüş zamanı bölgədəki mövcud problemlərin, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində həll olunması üçün əlavə addımlar müzakirə ediləcək.

Putinin Paşinyanla Rusiya-Ermənistan strateji tərəfdaşlığının inkişafının aktual məsələlərini və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı fəaliyyət perspektivlərini də müzakirə edəcəyi gözlənilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, tərəflər Ermənistandakı seçki prosesi ilə bağlı fikir mübadiləsi aparmağı da planlaşdırırlar.

Paşinyan “İnterfaks”a müsahibəsində Ermənistanın hərbi-texniki daxil olmaqla Rusiya ilə geniş və uzunmüddətli əməkdaşlığa yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Rusiya silahlarını, xüsusən “Su-30SM” qırıcılarını almağa davam etməyi planlaşdırır.

Hamısını Göstər

Related Articles

Back to top button