Bu gün Qubadlı Şəhəri Günüdür

Bu gün Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən beş il ötür.

Polise.az xəbər verir ki, dörd il öncə – bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad olunduğunu elan edib.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button