Bu gün Türkiyə və Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyətlə bağlı razılaşmanı imzalayacaqlar
Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədin imzalanması nəzərdə tutulur.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti və monitorinqi ilə əlaqədar razılaşma sazişinin imzalanması gözlənilir.