Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, biletləri www.biletim.az portalından əldə etmək mümkündür. Reyslər hər gün Mingəçevirdən Şuşaya saat 08:00-da, Şuşadan Mingəçevirə isə saat 16:00-da yola düşür.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button