“Bu, onun son səfəri olacaq” – Hakan Fidanın bu mesajı Binkenin xoşuna gəlmədi + VİDEO

Bu gün ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.

“AzPolitika” xəbər verir ki, burada xarici işlər naziri Hakan Fidanla görüşən Blinken daha sonra türkiyəli həmkarı ilə canlı yayımda jurnalistlərin suallarını cavablandırıb.

Görüşdən sonra kameralar qarşısına keçən ikili aktual məsələlərlə bağlı mesajlar verib. Həmin vaxt Hakan Fidanın amerikalı həmkarı Blinkenlə canlı yayımda vidalaşması diqqətdən yayınmayıb.

Hakan Fidan:“Bu, onun səlahiyyət müddətində son səfəri olacaq. Ona gələcək həyatında uğurlar arzulayıram”, – deyərək Blinkenlə vidalaşıb.

Blinkenin həmin an kameralara yansıyan qəribə üz ifadəsi isə böyük marağa səbəb olub.

Xatırladaq ki, ikilinin bundan öncəki görüşlərində də yadda qalan hadisələr baş vermişdi. Fidan əvvəlki görüşdə onu qucaqlamağa çalışan ABŞ dövlət katibinin bu hərəkətini məharətli əl jesti ilə rədd etmişdi.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button