Səfərbərlik xidmətinin rayon şöbələrində ƏMƏLİYYAT – Saxlanılanlar var – YENİLƏNİB

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri – Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatıelasaq ki, onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəatə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirilib. Əvvəlcə Qaradağ və Cəbrayıl rayon şöbələrində, sonra isə Saatlı və Ağdaş rayon şöbələrində də əməliyyatlar keçirilib.

“AzPolitika” xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində  bir neçə vəzifəli şəxs saxlanılıb.

Əməliyyat nəticəsində ittiham verilən bəzi şəxslərin adları da məlum olub.

Belə ki, yayılan məlumata görə, bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirildiyi bildirilir.\“AzPolitika.info”\

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button