Bu rayon Talibandan geri alındı
Pəncşir əyalətinin Pəryan rayonu taliblərdən tamamilə təmizlənib.
Bunu Pəncşirdəki müqavimət qüvvələrinin nümayəndəsi Fəhim Dəşti deyib.
Onun sözlərinə görə, minə yaxın terrorçu mühasiyərə alınıb:
“Terrorçuların bəziləri məhv edilib, bəziləri də ya mühasirədədir, ya da döyüşçülərimiz tərəfindən ələ keçirilib. Ələ keçirilənlərin əksəriyyəti əcnəbilər, xüsusilə Pakistandan olanlardır”, – Dəşti bildirib.
Qeyd edək ki, dünən Taliban nümayəndəsi Bilal Kərimi taliblərin Pəryan rayonunu ələ keçirdiklərini bildirmişdi.