Bu şəxslərin aylıq vəzifə maaşları 2425 manat oldu – FƏRMAN

Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Sərəncama dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.
Belə ki, Milli Məclis sədrinin müşaviri və sədrinin köməkçisi, Baş nazirin köməkçisi və müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib.
Buna qədər onlar 2410 manat maaş alırdılar.