Bu sanksiya Rusiyanı çökdürəcək – Kravçuk

Donbasdakı vəziyyətə görə Rusiya beynəlxalq hesablama sistemindən (SVİFT) çıxarılmalıdır.

Bunu Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyib.

“Bir sanksiya var ki, biz bu haqda heç vaxt danışmırıq – bu, beynəlxalq hesablama sistemidir. Əgər Rusiya bu sistemdən çıxarılsa, onda onun iqtisadiyyatı necə olar, bilmirəm. Bu, həm də dövlətə qarşı sanksiya olacaq, konkret fiziki şəxslərə deyil”, – Kravçuk bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button