Bu tarixdə Ermənistan silkələnə bilər – Nikola qarşı çağırışlara start verildi
“Vətən səsi” təşəbbüsünün həmtəsisçisi, mədəniyyət xadimi Samvel Aroyan hər kəsi fevralın 20-də saat 15:00-da İrəvanın Azadlıq meydanına toplaşmağa çağırıb.
Aroyan özünün videomüraciətində bildirib ki, antimilli hökumətdən qurtulmaq üçün bütün xalq ayağa qalmalıdır:
“Niyə? Çünki bu gün təkcə mədəniyyətimiz deyil, kimliyimiz, təhsilimiz, elmimiz, bütün sahələrimiz təhlükə altındadır.
Bunun üçün də səsimizi qaldırmaq üçün fevralın 20-də saat 15: 00-da Azadlıq Meydanına toplaşmalıyıq. Azadlıq Meydanında olacağam və sizi də orada olmağa çağırıram”.
Xatırladaq ki, Vətəni Xilasetmə Hərəkatı Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsindən istefasını tələb edərək, fevralın 20-ə mitinq təyin edib.
Arçrun Pepanyan
Qeyd edək ki, buna oxşar çağırışla analitik Arçrun Pepanyan da çıxış edib:
“33 il əvvəl 20 fevralda doğma yurdumun çağırışı ilə Azadlıq meydanına gəldim və böyük çətinliklər və fədakarlıqlar bahasına “Artsax”ı əsirlikdən azad edərək möcüzə göstərildi. Bu gün Vətən yenidən bizə ehtiyac duyur. Bu gün hər kəsin bildiyi səbəblərə görə “Artsax” əsirlikdədir və Ermənistan təhlükə altındadır. Bu gerçəyi qəbul etməyəcəyəm və 20 fevral saat 15: 00-da Azadlıq meydanına gələcəyəm. Milli maraqlarımızı rəhbər tutaraq milli arzularımızı həyata keçirəcəyimiz bir hökumət qurmaq üçün gələcəyəm”.