Budapeşt Makronun Ukraynaya qoşun göndərmək fikrini tənqid edib

Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto hesab edir ki, Qərb ölkələri Ukraynadakı münaqişədə öz strategiyalarının uğursuzluğunu qəbul etməlidir.

Polise.az xəbər verir ki, nazir bununla bağlı deyib: “Qərbi Avropa liderləri onların Ukraynadakı müharibə strategiyalarının iflasa uğradığını etiraf etməlidirlər. Əgər onlar səylərinin ən azı yarısını silah tədarükünə deyil, sülhə yönəltsəydilər, atəşkəs çoxdan əldə edilərdi”.

Siyarto hesab edir ki, Avropa ölkələri öz davranışları ilə getdikcə kəskinləşən “dünya müharibəsi təhlükəsi”ni daha da yaxınlaşdırır. Diplomat Avropa İttifaqı rəhbərlərini “odla oynamağı” dayandırmağa və münaqişənin Avropada döyüş səhnəsinə çevrilməməsi üçün sözügedən ölkələri onun eskalasiyasına qarşı çıxmağa çağırıb.

Budapeştin bu tənqidi Fransa Prezidenti Emmanuel Makronun bu yaxınlarda Avropa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlamasından sonra səsləndirilib.

Qeyd etmək lazımdır ki, NATO-nun Baş katibi Yens Stoltenberq Makronun sözlərindən sonra onun vacib məsələlərdə, xüsusən də Ukraynaya qoşun göndərmək məsələsində məsləhətləşməsini xahiş edib. O qeyd edib ki, alyans öz əsgərlərini Ukrayna Silahlı Qüvvələrinə kömək üçün göndərməyəcək və üstəlik, münaqişə tərəfi kimi çıxış etməyəcək.

Göründüyü kimi, Makron tələm-tələsik bəyanatı ilə yenidən özünü pis vəziyyətdə qoyub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button