“Bunun üçün hər şeyi edəcəyik” – Putindən Donbasdakı “respublika”ların tanınması məsələsinə reaksiya

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının Donbasda özünü elan edən separatçı Luqans və Donetsk Xalq respublikalarını tanımağa çağırışına münasibət bildirib.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, Putininin sözlərinə görə, Dumanın çağırışı deputatların ictimai rəyə həssas olduğunu göstərir.

“Dövlət Dumasında səsvermə məncə, bu və ya digər şəkildə bununla bağlıdır, çünki parlament deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi, öz seçicilərinin fikrini rəhbər tuturlar”, – deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Rusiyada insanların böyük əksəriyyəti Donbas sakinlərinə rəğbət bəsləyir, onları dəstəkləyir və orada vəziyyətin onlar üçün yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir.

“Biz Donbasın problemlərini həll etmək üçün hər şeyi etməliyik, lakin bunu ilk növbədə reallaşdırılmamış imkanlara əsaslanaraq edəcəyik”, – Putin əlavə edib.

Çərşənbə axşamı Dövlət Duması Rusiya Federasiyası Kommunist Partiyasının separatçı Luqans və Donetsk Xalq respublikalarının tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidentinə müraciət etməyi təklif edən qətnamə layihəsinə səs verib.

Hamısını Göstər

Related Articles

Back to top button