Cəbrayıl ərazisində başlayan yanğın sərhəd boyunca yayıldı

Cəbrayıl ərazisində başlayan yanğın sərhəd boyunca yayılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayıb və Füzuli rayon Qazaxlar, Mirzənağılılar kəndlərinə qədər yayılıb.

Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button