Cəbrayıl və Füzulidə 64 erməni cəsədi tapıldı
Cəbrayıl və Füzulidən 64 erməni cəsədi çıxarılıb.
Erməni mediasına istinadla xəbər verilir ki, bu barədə Arsen Qukasyan bildirib.
Qarabağa qardaşını və oğlunu axtarmaq üçün gəldiyini bildirən Qukasyan əlavə edib ki, iki rayondan 64 erməni cəsədi çıxarılıb.
“Hazırda mən inzibati binadayam. Ümumilikdə 64 cəsəd var. Bunun 41-i Cəbrayıldan, 23 isə Füzulidən götürülüb”, – Qukasyan deyib.