Cəlilabad sakininin evindən 5 kiloqramdan artıq narkotik aşkarlandı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb.Yaşadığı evə keçirilən baxış zamanı ona məxsus ayrı-ayrı bağlamalarda  4 kiloqram 280 qram narkotik vasitə heroin, 1 kiloqram 225 qram psixotrop maddə metamfetamin, 96 qram həşiş qətranı, üzərində “M-40” yazılmış 39 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button