Cəlilabadda metamfetaminin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri S.Nəsirov və F.Quliyev saxlanılıblar. Keçirilən baxış zamanı onların hər birinin üzərindən psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.