Cənubi Koreyada hər 10 nəfərdən 9-u it əti yemək istəmir

Cənubi Koreyalıların 90 faizdən çoxu it əti yemək istəmədiklərini bildirib.

Polise.az  “The Korea Herald” qəzetinə istinadla xəbər verir ki, “Aware” heyvan hüquqları təşkilatı tərəfindən 2 min koreyalı arasında aparılan sorğuda respondentlərin 93,4 faizi it əti yemək niyyətində olmadığını bildirib. Həmçinin, rəyi soruşulanların 94,5 faizi ötən il it əti yemədiyini deyib.

Koreyalıların 53,5 faizi “emosional ikrah” hissi yaşadıqları, 18,4 faizi kəsilmə prosesi ilə razılaşmadığı, 7,1 faizi isə bu heyvanların ətinin yeyilməsinə qarşı cəmiyyətin mənfi münasibətdən xəbərdar olduqları üçün it ətindən imtina etdiyini vurğulayıb.

Qanunvericilikdə it ətinin qadağan edilməsi üzərində çalışan komitənin məlumatına görə, hazırda ölkə üzrə təxminən 1600 restoranda hər il orta hesabla 388 min itin əti yeyilir.

Qeyd edək ki, Koreya Respublikası parlamentinin qanunvericilik və məhkəmə-hüquq komitəsi yanvarın 8-də itlərin kəsilməsi və ətinin satılmasını qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin parlamentin bu gün keçiriləcək plenar iclasında səsverməyə çıxarılacağı gözlənilir.

Cənubi Koreyanın hakimiyyət orqanları 2027-ci ilədək it əti istehlakını tamamilə qadağan etməyi planlaşdırır. Qanunu pozanlar iki ilə qədər həbs oluna və ya 30 milyon von (22 768 dollar) məbləğində cərimələnə bilər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button