Cəzaçəkmə müəssisəssinə narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Moderator.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məhkum Sahil Allahverdi oğlu Əliyevə tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman pendirin içərisində xüsusi üsulla gizlədilmiş 4 ədəd bükülüdə ümumi çəkisi 1,828 qram heroin və ümumi çəkisi 1,355 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button