Cahangir Əsgərovun gəlirləri hara xərclədiyi məlum oldu

Dünən keçirilən müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid etdi. 

Prezident AZAL-ın bütün təyyarələrinin dövlət tərəfindən alındığını qeyd edib.

“Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”.

Prezidentin bu haqlı iradı və sualından sonra AZAL prezidenti Cahangir Əsgərovun dəyəri milyardlarla ölçülən var dövləti, biznesi, otel və restoranlarının siyahısı yayılıb. Və bu siyahıya diqqət yetirdikdə prezidentin  “Bəs, bunun gəliri haradadır?” sualına cavab tapmaq olur.

Əlavə şərh vermədən C. Əsgərovun biznes imperiyasına daxil olan şəbəkənin tam olmayan siyahısını təqdim edirik:

– Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;

– Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;

– Tiflisdə bahalı “Veranda” restoranı;

– Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;

– Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;

– İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;

– “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;

– Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;

– SOROKA LIMITED (Londonda);

– Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;

– Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;

– Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;

– Londonda “C3 – CIII LIMITED” şirkəti

– Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;

– Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;

– Azərbaycanda “GAZELLİ GROUP”

– İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti;

– İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);

– Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;

– ASC HANDLING LIMITED (Londonda);

– AS582 LIMITED (Londonda);

– Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);

– ICLEVERWEB LTD (Londonda);

– SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);

– Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);

-SW ITALIA.

Mənbə
hit.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button