Cahit Bağçı: Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnəkdir və bənzəri yoxdur
Ümummilli Lider Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünü təmin olunması idi. Bu il Ulu Öndərin 100-cü ildönümündə Qarabağ bütövlüklə azad olundu. Ümummilli Liderin həyata keçirmək istədiklərini Prezident İlham Əliyev uğurla reallaşdırdı. O, özü də üç il əvvəl Şuşanın azad olunduğunu elan edəndə ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu ifadə etmişdi.
Polise.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
“Ulu Öndərin Türkiyə ilə qurduğu əlaqələr prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan tərəfindən ən yüksək səviyyəyə qaldırılıb. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnəkdir və bənzəri də yoxdur. Biz bunu Ulu Öndər Heydər Əliyevdən miras aldıq və onu davam etdirmək əzmi ilə çalışırıq”, – deyə səfir vurğulayıb.
Polise.az