Cahit Bağçı: Mövcud olduğumuz bütün ölkələrdə bayrağımız sülhün təminatıdır
Mövcud olduğumuz bütün ölkələrdə bayrağımız sülhün təminatıdır.
Polise.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinin binasında keçirilən “15 iyul Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü” konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, FETÖ-nü ciddiyə almamaq olmaz:
“FETÖ-nün arxasındakı güclər onun yox olmasına imkan vermir və bu terrorçu təşkilat hələ də mövcudluğunu saxlayır. FETÖ qlobal imperializmin kuklası qismində fəaliyyət göstərir.
Buqələmun kimi rəng dəyişənləri yaxşı tanımalı və onların fəaliyyətinə var gücümüzlə mane olmalıyıq. Haqlı mübarizəmizi davam etdirməliyik və etdirəcəyik”.
C.Bağçı söyləyib ki, terror təşkilatının fəaliyyətinə son qoymağa yönələn fəaliyyətləri dünya miqyasında davam etdirilir:
“Ölkəmizi işıqlı gələcəyə daşımaq üçün can-başla çalışmağa məcburuq”.
Polise.az