“Caliber”: Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə namizəd müdafiəyə ayrılan milyonları mənimsəyib
Ermənistandakı hərbi-siyasi böhran özünün pik həddinə çatıb və artıq tədricən idarəolunmaz eniş məhrələsinə keçir.
Bu fikirlər “Caliber”in növbəti videosüjetində səslənir.
Süjetdə son günlərdə ölkənin hərbi və siyasi rəhbərliyi, eləcə də müxalifət arasında baş verən gərginlik təhlil olunur.
“Hərbçilərin siyasi proseslərə aktiv müdaxilə edəcəyinə ümid bəsləyən ölkə müxalifəti növbəti dəfə yanıldığını anladı. Ermənistan ordusu, daha doğrusu onun qalıqları küçəyə çıxmağa cəsarət etmədi. Baş Qərargah rəisi Onik Qasparyan isə real hərəkət etmək əvəzinə, sadəcə quru bəyanatla kifayətləndi və bununla da öz gələcək taleyini faktiki olaraq həll etmiş oldu” – deyə süjetdə qeyd olunur.
Bundan əlavə, videomaterialda Ermənistan ordusunun Baş Qərargah rəisi vəzifəsinə yeni namizəd Artak Davtyan haqqında qısa dosye təqdim edilir. Onun müdafiə məqsədləri üçün ayrılan milyonlarla vəsaiti özü və Baş nazir üçün ofşor zonalara köçürməsi bildirilir. Bir neçə il öncə bu vəzifədən qovulan bir şəxsin yenidən eyni vəzifəyə namizəd göstərilməsi də məhz elə bu xidmətləri ilə izah olunur.
Daha ətraflı “Caliber”in süjetində: