Çanaqqala savaşı

I

Yerin-göyün  atəşiydi
Çanaqqala  savaşı.
Cəsurların  haqq işiydi
Çanaqqala  savaşı.

Ölüm-dirim döyüşüydü
Çanaqqala  savaşı.
Son-qələbə  vuruşuydu
Çanaqqala  savaşı.

II

Yağış kimi  tökülürdü
üstümüzə  güllələr.
Mərmi səsi göy üzündə
Ildırımtək çaxırdı.

Qanımıza  susamışdı
qarı düşmən o səhər.
Şəhid qanı  bu torpağa
su yerinə axırdı.

Bu torpağın, bu diyarın
hər qarışı  bir səngər.
Burda səngər  quranların
hər biri bir qəhrəman.

Çanaqqala  döyüşünə
ər igidlər səfərbər.
Bu igidlər  basılmamış,
yenilməmiş  heç zaman.

III

Son  əsgərin  hünəri

(və ya  Seyyid  Onbaşının  gerçək  hekayəti)

Burda  rəqib  onmu, yüzmü,
burda  düşmən, ah, nə  çox?
Ölənlərin, itənlərin,
batanların sayı  yox.

Burda daha güc tükənmiş,
gələn ancaq son nəfəs.
Qalan ağır yaralılar,
Kömək ummaq  boş,əbəs.

Burda  bir  yarıcan  ər var,
ümidləri tükənməz.
İçindəki  Vətən eşqi,
hayqırtısı, müqəddəs.

Görür ki, bir mərmi vardır
ondan  azca aralı.
Dartır onu  topa sarı
bu cəngavər yaralı.

Aman, Allah, nə görünür
bu son  anda  gözünə?
Düşmənini  görür ancaq,
fikir vermir özünə.

Səngərində tək qalıbdı
Saysıs  düşmən  önündə.
Topa  doğru iməkləyir,
Son mərmisi əlində.

Bədəndə can, damarda qan
qalıbdırsa bir qədər,
son mərmiylə son hədəfi
sarsıdacaq  son  əsgər.

İnadını,var gücünü
eyləyərək  səfərbər,
nəhayət ki, son mərmini 
topa  salır birtəhər.

Nişan  alır,gələn gəmi
bir andaca alışır.
Qarşı tərəf  vahimədən
  bir-birinə qarışır.

Savaş bitir, rəqib gəmi
geri dönür,qaçmağa.
Onsuz daha  heç nə yoxdur
 yenə atəş  açmağa.

Bununla  da yerdə,suda
 atışmalar səngiyir.
O gəmiyə  gələn  kömək
qorxub  gəlmir,ləngiyir.

Qazi əsgər qəhrəmantək
 öz topuna  sarınır.
Uzaqdansa  kömək üçün
yeni  dəstə  görünür.

O dəstədən öndə gedir
 türkün uca bayrağı.
Çanaqqala  türkün yurdu,
türkün əzəl torpağı.

IV

Çanaqqala savaşı
 bir orduya dərs imiş.
Böyük Atatürk onu,
gör,nə gözəl vəsf etmiş:

Vətən qurbanlarına
saxlanılmaz yas-demiş.
Qəhrəmansız, şəhidsiz
torpaq qorunmaz demiş!

Türk qadını onları
yenə də doğar-demiş.
Əgər türkiyə ölsə,
bir ana türkiyəni
bir daha doğmaz-demiş!

V

Sən ey güvənc yerimiz,
amalımız Türkiyə.
Sən  ey söykənc  yerimiz,
calalımız  Türkiyə.

Qoy səndən ilham alsın
 həmişə  türk elləri.
Xarüqələr  yaratsın
  xalqın  qadir əlləri.

Türk  əzmli,Türk müdrik,
Türk əyilməz,Türk mətin.
Tarix  verər qiymətin
 bu sülhsevər millətin.

Qürur  duysun  gücündən
 yurdum,elim, Türkiyə.
Ötkəm dilim Türkiyə,
möhkəm əlim Türkiyə.

Sənə  şərqi  oxusun,
qoy bu elim,ulusum.
Türk Tanrıya  tapınmış,
Tanrı  Türkü qorusun!

Hamısını Göstər

Related Articles

Back to top button