Casusluqda ittiham olunan iranlı hakim qarşısına çıxarılır
Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə İran vətəndaşı Ghaedi Mohammad Najaf oğlunun barəsindəki hökmdən verdiyi apellyasiya şikayətinə baxılacaq.
İran vətəndaşı Ghaedi Mohammad Najaf oğlu Azərbaycan ərazisində casusluq törətməkdə ittiham edilir.
Musavat.com xəbər verir ki, Ghaedi Mohammad Najaf oğlunun apellyasiya şikayətinə avqustun 15-də baxılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə Ghaedi Mohammad Najaf oğlu xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib.
Saxlanılan Ghaedi Mohammad Najaf oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan olunub. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Polise.az