Cəmiyyət

“Milana” hospitalda bir kabus dolaşmaqdadır, ittiham!

Xuraman Muradova: “Qurban Məmmədovun bu əsassız ittiham və ağır təhqirlərinə hüquqi müstəvidə cavab  veriləcək…” “Təəssüf edirəm ki, kanalın özünü hüquqşünas sayan rəhbəri heç bir ölçü–sərhəd bilmədən mənə və sahibi olduğum tanınmış klinikaya qarşı qərəzli və yalan məlumatları ilə ictimaiyyəti aldatmaqdadır“ …İki gün əvvəl təsisçisi və rəhbəri bir müddətdir Azərbaycandan kənarda mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədov olan “AzerFreedomTV“nin efirində, məhz onun özünün moderatorluğu ilə Azərbaycanda tibb sahəsində yetərincə imici və işgüzar fəaliyyəti olan “MilanaHospital“ın sahibi Xuraman Muradovanın şəxsiyyətinə  qarşı olduqca sərt və ağır formada təhqirli ifadələrlə müşaiyət edilən reportaj verilmişdir. Həmin reportajda, həmçinin klinikanın fəaliyyətinə kölgə salan, korrupsiya hüquqpozmalarını nəzərdə tutan çoxsaylı ittihamlar səsləndirilmişdir.  XXX  “Təzadlar“ın elektron poçtuna adı çəkilən klinikada çalışan xanım tibb işçilərindən biri tərəfindən göndərilmiş məktubda həmin ittihamlar sıralanır. Bu ittihamlar toplusu çoxsaylı suallar doğurduğundan «Media haqqında» Qanunun tələblərinə və jurnalist statusuna uyğun olaraq klinikanın sahibi, xeyriyyəçiliyi ilə tanınan Xuraman Muradovaya media sorğusu göndərdik… Bir müddət sonra X.Muradova redaksiyamızla əlaqə saxladı,  bəzi suallara eksklüziv cavab verməsini xahiş etdik: –Xuraman xanım, martın 31-də «AzerFreedomTV“nin efirində gecə saatlarında yayımlanmış məlum canlı yayımlı reportajı biz də izlədik. Açığı, həm Sizə, həm də rəhbəri olduğunuz klinikaya qarşı inanılmaz ittihamlarla qarşılaşdıq…  – Nəinki inanılmaz ittihamlar, həmçinin inanılmaz və ağır formada təhqirlərə məruz qalmışam. Hazırda bununla bağlı hüquqi müstəvidə cavab addımları atılmaqdadır və inanıram ki, YouTube rəhbərliyi üzvlük qaydalarını ciddi şəkildə pozduğuna görə bu kanal barədə ciddi tədbir görəcək. H.əmin qaydalarla tanışsınızsa, orada xüsusi olaraq qeyd edilir ki, şəxslərin ailə institutuna toxunmaq, təhqirlərə yol vermək, heç bir məhkəmə qərarı və ya hökmü olmadan insanları ağır cinayətlərdə ittiham etmək və s. yolverilməzdir. Amma təəssüf edirəm ki, özünühüquqşünas adlandıran Qurban Məmmədov Azərbaycan xanımı olaraq mənə və ailəmə qarşı ağır formada və açıq mətnlə təhqirlərə yol vermiş, eləcə də məni ağır cinayətlərdə ittiham etmişdir. Vəkilim bu barədə ingilis dilində arayış hazırlayaraq həm YouTube rəhbərliyinə təqdim edəcək, həm də Qurban Məmmədova mühacir statusu vermiş Böyük Britaniyanın hüquq–mühafizə orqanlarına göndəriləcək. Bununla yanaşı, hüquqi müstəvidə də digər sərt addımlarımız atılacaq… – Xuraman xanım, istinad edilən reportaj– buraxılışda çoxsaylı ittihamların və təhqirlərin olduğunu söylədiniz. Açığı, biz media olaraq tərəf ola bilmərik, amma ədalətli yanaşmanı ortaya qoymaq da jurnalist olaraq vəzifəmizə və statusumuza daxil olduğundan bir vacib məqama aydınlıq gətirmənizi istərdik. Qurban Məmmədovu  hüquqşünas kimi tanıdığımızdan, qeyd etdiyiniz ittihamlara əvvəlcə inanmağımız belə gəlmirdi ki, bəlkə bunlar onun oxşarı tərəfindən, yəni süni intellekt icraçısı rolunda kimsə təqdim etmişdir… Ümumiyyətlə, bu efir– sosial media münaqişəsinin əsl mahiyyətində nə durur? Axı siz Azərbaycanda tanınmış, işgüzarlığı ilə fərqlənən sahibkar xanımlardansınız. Niyə…

Ətraflı oxu

Sabirabadda körpə ölümü: Prokurorluq hərəkətə keçdi

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə 2 döl və 1 körpənin ölüm faktı araşdırılır. APA xəbər verir ki,…

Ətraflı oxu

Avropa liderləri Gürcüstanla bağlı bəyanat yaydılar

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta…

Ətraflı oxu

Almaniya Prezidenti “Bakı Ağ Şəhər”də olub

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də “Bakı Ağ Şəhər”də olub. “Report” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat…

Ətraflı oxu

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub. Bu barədə “Report”a DTX-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan…

Ətraflı oxu

Azərbaycanın dövlət və ictimai xadimlərinin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən şəxslərin məhkəmələri başlayıb

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda və kibercinayətkarlıqda təqsirləndirilən Sərdar Niftalıyev və Rafiq Zöhrabovun cinayət işləri üzrə məhkəmə…

Ətraflı oxu

“Toplum TV” işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli və digərlərinin məhkəmələri başlayıb

“Toplum TV” işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Elmir Abbasov, Fəird…

Ətraflı oxu

QHT Koalisiyası qanunvericiliyə dəyişikliklər təklif edir

İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyası insan alverinə qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkiflərin müzakirəsini davam etdirir.  Belə…

Ətraflı oxu

Bu gün bütün dünyada sükut pozulacaq-Tramp çıxış edəcək

Bu gün ABŞ-ın yeni rəhbərliyi əksər ölkələrdən, o cümlədən Amerikanın uzunmüddətli müttəfiqlərindən idxal olunan məhsullara tariflər elan edəcək. Musavat.com xəbər verir…

Ətraflı oxu

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 8-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında…

Ətraflı oxu
Back to top button