Çavuşoğlu Bakıya gələcək
“Yaxın vaxtlarda Bakıya səfər edəcəyəm”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov onu Azərbaycana səfərə dəvət edib.
“Ən qısa zamanda bu səfəri gerçəkləşdirəcəyəm”, – nazir vurğulayıb.



